Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı birlikdəyik!

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə 25 noyabr – 10 dekabr tarixlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasına start verilir.

Kampaniyanın məqsədi yeniyetmə və gənclərin debat metodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, natiqlik, özünü ifadə, təhlil və araşdırma bacarıqlarını artırmaq və qeyd olunan mövzuların müzakirəsində iştirakına şərait yaratmaqdır.

Kampaniya çərçivəsində noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında sözügedən mövzularla bağlı təlim, görüş və debat turnirləri təşkil olunacaq.

Daha sonra, “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda gənclərin və yeniyetmələrin iştirakı ilə Debat turnirləri və Forum keçiriləcək.

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyası Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir. Kampaniya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyivə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən icra edilir.

Surayə Rzayeva,
İctimaiyyətlə Əlaqələr üzrə menecer

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.