Gəncənin simvolik gerbi üzərində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir

Məlum olduğu kimi, cari ilin mart ayının 20-də Gəncədə əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi üzərində yerləşən Gəncənin simvolik gerbi aşaraq zərər görmüşdü. Gerbə baxış keçirilən zaman üzərində olan ornamentlərin bəzilərinin zədələnərək, yararsız hala düşdüyü aşkar olunmuşdu. 6 metr hündürlüyə malik olan gerbin yerində restavrasiyası mümkün olmadığından, o, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən xüsusi texnikalar vasitəsilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin emalatxanasına aparılmışdır.
Bir müddətdir ki, mütəxəssilər tərəfindən gerbin əsaslı təmir olunması istiqamətində iş aparılır və proses son mərhələdədir. Gerbin üzərində olan çoxşaxəli elementlərin restavrasiyası xüsusi alətlərlə və aidiyyatı üzrə sənətkarlar tərəfindən həyata keçirilib. Hazırda gerbin rənglənməsi işləri aparılır.
Yaxın vaxtlarda Gəncənin simvolik gerbi Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.