Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə region nümayəndələrinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası baş tutub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında Gəncə Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə 2 region nümayəndəsi və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib.

Aksiya zamanı iştirakçıların sayına uyğun olaraq 22 Eldar şamı əkilib.

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə region nümayəndələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildiriblər. Növbəti aksiya zamanı şəhər ərazisində olan yaşıllıq zolaqlarına qulluq göstərilməsi nəzərdə tutulur.

 

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.