Gəncə idmançıları Serbiyada keçirilən yarışdan uğurla qayıdıb

Beynəlxalq Məktəb İdman Federasiyasının təşkilatçılığı ilə cari ilin 11-19 sentyabr tarixlərində Serbiyanın Belqrad şəhərində sərbəst güləş üzrə keçirilən dünya məktəblilərinin oyunlarında uğurlu nəticə əldə edən Gəncəni təmsil edən  idmançılarımız vətənə qayıdıb. Bu münasibətlə Vətənə qayıdan idmançılarımıza Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılama mərasimi təşkil olunub.
Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov ,Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev, 1 və 2 nömrəli Uşaq- Gənclər İdman-Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək sərbəst güləş üzrə komandamızı təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış ediblər. Onlar gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.
Daha sonra idmançılarla yarışın təfərrüatları barədə geniş müzakirə aparılıb və gələcək planları haqqında maraqlı söhbətlər edilib.
Qeyd edək ki, 2021-ci il ərzində Gəncəni təmsil edən idmançılarımız Beynəlxalq yarışlarda 9-cu dəfədir uğurlu nəticələr əldə edərək Vətənə qayıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.