“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

Noyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert proqramı təqdim edilib.

Konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb.

Gecədə dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycan və dünya musiqisinin təbliğində əvəzolunmaz rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.