Gəncənin “Xəmsə” nağara ifaçıları ansamblı mükafata layiq görülüblər

Gəncənin “Xəmsə” nağara ifaçıları ansamblı mükafata layiq görülüblər
Beynəlxalq Muğam Mərkəzində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa üzrə uşaq və gənclərin V Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib. Ümumilikdə Respublika üzrə Gəncə şəhəri də daxil olmaqla 34 bölgə və Bakı şəhərinin 11 təhsil müəssisəsindən festival-müsabiqəyə 100-dən çox ərizə və video qəbul edilib.
Gəncə şəhəri Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağara ifaçıları ansamblı festivalda I yerə layiq görülərək kubok və diplomla təltif olunublar. Qeyd edək ki, ansamblın bədii rəhbəri Söhrab İbrahimovdur.
Bildirək ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, milli musiqi alətlərinin və mədəni irsin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, xalqımızın mədəni həyatında özünəməxsus yer tutan zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.