Gəncədə yeniyetmələr arasında futbol turnirinə start verildi

Gəncə şəhərində 1 saylı Uşaq Gənclər İdman Şahmat məktəbində Təqvim Planına uyğun olaraq ATİAHİ Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə futbol idman növü üzrə Ümummilli lider Heydər Əliyevin 100  illik yubleyinə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında futbol turnirinə start verilmişdir.
25 aprel 09 may 2023-cü il tarixlərədək davam edəcək turnirin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, göstərilən yaş qrupları üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsidir.
Turnirdə 11 komanda olmaqla 165 yeniyetmə birincilik uğrunda mübarizə aparacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.