Gəncədə Xudadat bəy Rəfibəylinin anadan olmasının 145 illiyi ilə əlaqədar tədbir keçirilib

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialının təşkilatçılığı ilə görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin anadan olmasının 145 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Xudadat bəy Rəfibəyli – 145” başlığı altında tədbir keçirilib.

Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə keçirilən tədbirdə məktəblilər Xudadat bəy Rəfibəyliyə həsr olunmuş videoçarxı izləyiblər.

Bildirilib ki, xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından olan görkəmli dövlət xadimi Xudadat Ələkbər oğlu Rəfibəyov 1877-ci il yanvarın 12-də Gəncədə anadan olub. Böyük bir nəslin nümayəndəsi olan Xudadat bəyin təhsilinə valideynləri xüsusi qayğı ilə yanaşıblar. Çıxışlarda görkəmli dövlət xadiminin həyat və fəaliyyətindən ətraflı söz açılıb.

Sonra məktəbin tarix müəllimi Tükəzban Əsgərova, kitabxana müdiri Aynur Rzayeva, 9-cu sinif şagirdləri Qəzənfər Əhmədov, Kamran Həsənzadə, Rəfibəylilər nəslindən olan Mədinə Rəfizadə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.