Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Təhsil İdarəsi və Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Gəncə şəhər ümumi təhsil müəssisələrində təhsil alan Şəhid övladları üçün 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Sehirli sandıq” adlı tamaşa səhnələşdirilib.
Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Şəhid övladları, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin müdiri Həmid Nəsirov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin rəhbəri Nəsimi Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, gənc alim Elnur Həsənov və Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.
Bayram şənliyində UGİM-nin dərnək üzvlərinn ifasında əyləncəli rəqslər edilib, müxtəlif səhnəciklər nümayiş olunub.


