Gəncədə şəhərində Qurban Bayramı münasibətilə bayram namazı qılınıb

Gəncədə şəhərində Qurban Bayramı münasibətilə bayram namazı qılınıb
Bayram namazı “İmamzadə” dini ziyarətgahında və şəhərin bütün məscidlərində eyni vaxtda – saat 08:00-da başlayıb. Yüzlərlə şəhər sakininin qatıldığı bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Bayram namazından sonra DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov şəhid ailələri ilə görüşüb, onları Qurban Bayramı münasibətilə təbrik ediblər.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyun ayının 16-sı və 17-də qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.