Gəncədə “Kitab oxumaq biliyini gücləndirir” adlı müsabiqə keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı “Superfon” şirkətinin dəstəyi ilə M.P.Vaqif adına 8 nömrəli və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəblərdə “Kitab oxumaq biliyini gücləndirir” adlı V-X sinif şagirdləri arasında müsabiqə keçirilib.
Müsabiqə çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş ədəbiyyat siyahısına əsasən Azərbaycan və dünya ədəbiyyatından olan kitabların oxunması tələbi qoyulub.
Şagirdlər kitabların oxunması üçün müəyyənləşən vaxt çərçivəsində həmin kitabları oxuyub bitirdikdən sonra müsabiqənin imtahan mərhələsi həyata keçirilib. Belə ki, şagirdlər oxuduqları kitablardakı əsərlərə əsasən sualları cavablandırmalı olublar. İmtahan 1 saat davam edib.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən hər sinif üzrə bir nəfər şagird qalib olaraq müəyyənləşəcək və onlara “Superfon” şirkəti tərəfindən hədiyyə təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.