Gəncədə Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Kamera orkestrinin konsert proqramı keçirilib

Konsert proqramı Mədəniyyət Nazirliyinin, Dövlət Opera və Balet Teatrının dəstəyi, Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunub.

Konsertdə rəsmilər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər.

Dirijor, Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin müşaiyəti ilə Xalq artistləri Fidan Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyt işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Ripalta Buffa, Samir Pişnamazzadə və digər istedadlı musiqiçilər tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.

Konsert proqramı tamaşçılar tıərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənətinin yeni istedadlarının üzə çıxarılması və dəstəklənməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.