Gəncədə bir qrup ziyalı yubileyləri münasibətilə təlitif olunub

Bu il Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının xalq artisti, “Qızıl Dərviş” mükafatçısı Məmmədəli Balayevin 85, Gəncə şəhər Ağsaqqallar Şurasının üzvü, mətbuat katibi Novruz Əliyevin 75, Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti, “Tərəqqi” medallı Ramiz Vəliyevin, həmçinin “Respublika” qəzetinin Gəncəbasar üzrə bölgə müxbiri, Həsən bəy Zərdabi adına və “Qızıl qələm” mükafatları laureatı Zabit Xəlilovun 65 yaşı tamam olur. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yubilyarları təbrik edib.

Gəncə Şəhər İcra Hakimiyyətində təşkil olunan tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə şəhər Ağsaqqallar şurasının sədri Nurəddin Məmmədov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sədri Pərvin Kazımov, Gəncə Dövlət Dram Teatrının direkoru Aqil Bəhramlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, bu insanlar uzun illər vətənə və millətə ləqayətlə xidmət edib, Gəncə mədəniyyətinin inkişafına böyük töhfələr verib, şəhərin ictimai-siyasi həyatında fəal istirak edərək, fərqlənməyi və gənc nəslə nümunə olmağı bacarıblar. Bildirilib ki, onların fəaliyyətlərinə dövlətimiz tərəfindən də xüsusi diqqət göstərilib. Belə ki, həm Məmmədəli Balayev, həm Ramiz Vəliyev, həm də Zabit Xəlilov bir sıra dövlət mükafatlarına layiq görülüblər. Çıxışlar zamanı tədbir iştirakçıları səbəbkarları yubileyləri münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, uzun ömür, cansağlığı diləyiblər.

Sonda Məmmədəli Balayev, Ramiz Vəliyev və Zabit Xəlilov Gəncə Şəhər İcra Hakimiyyətinin, Novruz Əliyev isə Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının “Təşəkkürnamə”ləri ilə təltif olunublar.

Gəncədə bir qrup ziyalı yubileyləri münasibətilə təlitif olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.