Gəncədə Avropa çempionatında uğurlu çıxış etmiş güləşçilərin qarşılanma mərasimi təşkil olunub

17-19 iyun 2022-ci il tarixlərdə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş idman növü üzrə U-17 Avropa çempionatında qızıl medal qazanmış idmançılarımız, Sadiq Hüseynov, Vasif Bağırov, Camal Abbasov doğma şəhərlərinə qayıdıblar.
Bu münasibətlə idmançıların Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılama mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, 1 və 2 nömrəli Uşaq-Gənclər İdman məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov, Şöhrət Ordenli, Əməkdar məşqçi Elçin Zeynalov, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək, sərbəst güləşçilərimizi təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.