Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı “ASAN Xidmət” mərkəzində “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev və Faiq Əsgərov, Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər 2 saylı “ASAN Xidmət” mərkəzinin rəhbəri Arzu Qocayev və gənc könüllülər iştirak ediblər.
Əvvəlcə Arzu Qocayevin bələdçiliyi ilə bu il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Gəncə şəhər 2 saylı 2 saylı “ASAN Xidmət” mərkəzinin fəaliyyət istiqaməti və strukturu barədə iştirakçılara ətraflı məlumat verilib.
Daha sonra tədbir iştirakçılarının “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı çıxışları dinlənilib.
Çıxışlarda “15 İyun – Milli Qurtuluş Günü”nün tarixi önəmindən danışılıb. Həmçinin, ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi xilaskarlıq missiyası, əsasını qoyduğu dövlət-din münasibətləri, milli – mənəvi və dini dəyərlər sahəsində həyata apardığı mütərəqqi islahatlar haqqında ətraflı məlumat verilib.
101.az