Gəncə teatrı Portuqaliyada uğur qazandı

Gəncə Dövlət Milli Dram Teatrının qatıldığı beynəlxalq festival uğurla başa çatıb.

Avrasiya Teatrlar Blirliyinin, Portuqaliya Mədəniyyət Nazirliyinin, CTB – Comphania de Teatro de Braga və Braga şəhər Bələdiyyəsinin birgə keçirdiyi və 8 fərqli ölkə teatrlarının 19-27 iyul 2024-cü il tarixlərində iştirak etdiyi “III BEYNƏLXALQ TEATR FESTİVALI”nda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi rejissor Tural Vaqifoğlunun quruluşnda E. İoneskonun “Kral ölür” tamaşası ilə təmsil edib. Artıq Festival öz işini yekunlaşdıraraq nominasiyaları bəlli olub.

Beynəlxalq Teatr Festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə iştirak edən Gəncə Dövlət Milli Dram Teatrı “Ən yaxşı tamaşa geyimi” və festivalın “QRAN-PRİ” mükafatına layiq görülüb.

Qeyd edək ki, tamaşada əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.