Gəncə müxbirləri üçün “Qızıl Dana”- İlf və Petrov tramvayda gedirdilər

382 il bundan öncə Gədəbəy rayon Təhsil Şöbəsində qəribə, eyni zamanda traqikomik bir hadisə baş vermişdi. Gəncəni təmsil edən yalançı jurnalistlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Gədəbəy rayon Komitəsinin sədri Süleyman bəy ilə möhkəm “toqquşmuşdular”. Səbəb- fırıldaqçı jurnalistlərin ona saxta media mükafatını pul müqabilində “sırıma”sı olub.
 Onlar “AzTv. News” saytının eyni adlı telekanala məxsus olduğunu iddia edir, qabaqcadan öz qurbanlarını seçir və onların tamahkarlığından, savadsızlığından, şöhrətpərəstliyindən və sadəlövhlüyündən (vəzifə adamlarının əksəriyyətinə xas olan xüsusiyyətlərdir, elə deyilmi?) istifadə edərək, pul qazanırdılar. Həmin dövrdə biz Etmtv.news olaraq onlar haqqında araşdırıcı yazılar hazırlayırdıq. Qəribə də olsa, fırıldaqçıların qurbanına çevrilmiş bu insanların heç biri öz səhvini başa düşmür, hətta, bizdən inciyirdilər də. Onların içində təhsil işçiləri də vardı, səhiyyə işçiləri də, məmurlar da. Hamısı da rəhbər işçilər idi. Necə deyərlər, su axırdı, çuxurunu tapırdı.

Axı Aztv. news bizdən niyə küsüb?

Qısa desək, özgə vaxtı savadlı olduğunu hər cür biruzə verən Süleyman bəy qaçır Gədəbəy rayon İcra hakimiyyətinin başçısının yanına ki, bəs sabah saat 12-də AzTV-də mənə yüksək media mükafatının  təqdim olunması göstəriləcək…

Dalısı həm gülməlidir, həm də ağlamalı!.. Başçı da düz 12-də oturur televizorun qarşısında. Bir saat, iki saat… nə isə, Süleyman bəy deyilənə görə başçıdan möhkəm təpki alır… Bu hadisə bir müddət Gədəbəydə, eləcə də Gəncə də gülüş hədəfinə çevrilir.

Çox güman ki, nə Süleyman bəyin, nədə ki, bir çox indiki müxbirlərin xəbəri olmadığı Ostap Bender kimi bir əsər qəhrəmanı var. “12 stul” və “Qızıl Dana” adlanan əsərlərin qəhrəmanlarının müasir dövrdəki prototipləri olan insanlar indi də vardır və həmişə də olacaqdır. Onu istənilən dövrdə oxusan, “sanki, bu dövr üçün yazılmışdır”, demək mümkündür. Əsəri ölməz edən cəhətlərdən biri də elə budur.

İlf və Petrov- sovet satirik yazıçılarıdır. Onlar “12 stul”(1928) və “Qızıl Dana” (1931) kimi məşhur əsərlərin müəllifləridir. Hər iki əsər “böyük kombinator”-fırıldaqçı Ostap Benderin sərgüzəştlərinə həsr olunub. Bu əsərlər illər ərzində onlarla xarici dillərə tərcümə olunub və dünyada tanınmış ədəbiyyat inciləridir.

Bəs Ostap Bender kimdir və Gəncənin məşhur fırıldaqçı “zurnalist”lərinə hansı dərəcədə bağlılığı vardır. Sadəcə, onlar ilə Böyük kombinatorun əməllərində və istəklərində çoxlu sayda oxşarlıqlar vardır, vəssalam.

Aşağıda bu məşhur əsər haqqında verdiyimiz məlumatlarda siz gündəlik həyatda rastlaşdığınız “müxbir”lərə aid olan çoxlu sayda əlamətləri sezəcəksiniz. Bu müxbirlərə Azərbaycanın  hər yerində rast gəlmək olar.

Ostap Bender  (özü-özünü adlandırdığı kimi – Ostap Süleyman Berta Maria Bender Bəy, yaxud Bender-Zadunayski, sonrakı romanlarda isə Ostap İbrahimoviç Bender)  xarici görkəmcə cazibədar, bacarıqlı, təşəbbüskar, xarakterli bir fırıldaqçıdır, məqsədinə çatmaq üçün qanun çərçivəsində fəaliyyət göstərir və həmişə də istəyinə nail ola bilirdi. Həmmüəlliflərin dili ilə desək, “Bender, əhalini pulları ilə birləşdirməyin 400 nisbi qanuni yollarını bilirdi”.

Sovet həyatının müəyyən elementləri “Qızıl Dana” əsərində geniş bir satira ilə təqdim ediib. Əsərdə Bender milyoner Koreykonu izləyir, onun milyonlarını ələ keçirtməyi və beləliklə də böyük bir sərvət qazanmağa ümid edirdi. Bender pulu ələ keçirir, amma tezliklə SSRİ-də xərcləyə bilməyəcəyini aşkar edir. Rumıniya sərhədini keçərək, ölkədən qaçmağa çalışarkən, onu itirir. Daha doğrusu, sərhədçilər onu tutub, var-dövlətini əlindən alır.

Bender təhsillidir, analitik düşüncəyə sahibdir, enerjilidir- bir uğursuzluğa düçar olanda nikbinliyini qoruyar, vəziyyəti yenidən qiymətləndirməyi bacarırdı və müstəsna təşkilatçılıq qabiliyyətinə malik idi. Onu əhatə edən insanlar ilə manipulyasiya etməyi və ya sadəcə onları nəyəsə məcbur etməyi üstün tuturdu.

Bircə “savadlı” sözündən başqa əsərdəki fırıldaqçılara aid olan bütün əlamətləri Gəncənin “müxbirləri”nə də aid etmək olar. Savad onlar üçün əlçatmaz röya kimidir. Əvəzində başqa digər üstün cəhətlərə malikdirlər. Əgər Bender sağ olsaydı, mütləq onları “qanadı altına alardı”. Bəlkə də onlar Ostap Benderi, nə bilmək olar?..Koreykonun öz sərvətini ustalıqla gizlətmək bacarığı isə indiki məmurlarda yoxdur. Onlar öz sərvətini, daha çox nümayiş etdirmək bacarığı ilə seçilirlər…

Ostap Benderin əsərdə işlətdiyi ifadələr elə indi də öz aktuallığını qoruyub saxlamaqla, günümüzün oxşar reallığını əks etdirir və zərb-məsəl kimi istifadə edilməkdədir.

-“Bəlkə pulumu saxladığım mənzilin açarını da sənə verim?” (“Mojet bıtь, tebe дать ещё ключ от квартиры, где деньги лежат?”) – əsassız istəklərə bir töhmət olaraq deyilir.

-“Güclü olun. Qərb bizə kömək edəcək.” (“Крепитесь. Запад нам поможет.”) – vəziyyətin ümidsiz olduğuna dair ironik bir eyham.

-“Səhər pul, axşam stul.” (“Утром деньги, вечером стулья.”) – əvvəlcədən ödəməyə dair zarafatlı bir ipucu.

-“Boğulan insanlara kömək etmək vəzifəsi, boğulan insanların öz əllərindədir, bizim işimiz deyil”. Qeyd edək ki, bu sitat Rusiyanın xarici sərmayəçiləri cəlb etməyə çalışarkən, ölkə kapitalının ölkədən çıxarıldığı situasiyada deyilib.

-“Buzlar sındı, cənab münsiflər heyəti!” (“Лёд тронулся, господа присяжные заседатели!”) – çıxılmaz vəziyyətdən, qeyri-müəyyənlikdən və ya durğunluqdan sonra bir şeydə irəliləmənin başlanacağını elan etmək.

-“Zəhmət olmasa, alqışlamayın. Mən Qraf Monte Kristo ola bilmədim. Gərək Jek müdiri olmağa çalışam. (“Pridetsya переквалифицироваться в управдомы ») – böyük planların çökməsi kimi fikirlərə eyhamdır…

Şəkildə: “Qızıl dana” əsərinin əsas qəhrəmanları olan  fırıldaqçılar- Panikovskiy, Ostap Bender və Şura Balaqanov. Həyatın istehzasına baxın- Süleyman bəyə “mükafat” sırıyan müxbirlərə necə də oxşayırlar…

Davamı olacaq.

P.S. Növbəti yazımız isə Gədəbəy rayon Təhsil Şöbəsinin və Gədəbəy rayon İcra Hakimiyyəti başçısının yazıçılara olan münasibətinə həsr olunacaq…  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.