Gəncə Dövlət Flarmoniyasını musiqi təhsili olmayan şəxs idarə edir- İDDİA

Azərbaycan Aşıqlar birliyinin Gəncə üzrə sədr müavini, bəstəkar, folklorşünas Elnur Baxış Gəncə Dövlət Filarmoniyasının  direktor müavini vəzifəsinə təyin edilməməsindən şikayətçidir. Bu barədə o, Etmtv.news-ə bildirib.
Onun sözlərinə görə,  buna səbəb Elnur Baxışın ali musiqi təhsili olmaması olub.
“Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi  vəzifəsini icra edən Süleyman Əliyev mənə ünvanladığı məktubda Gəncə Dövlət Filarmoniyasında vakant  olan direktor müavini vəzifəsinə işə qəbul edilməyimin məqsədəuyğun olmadığını bildirib. Ali musiqi təhsilimin olmamasını  buna səbəb kimi göstəriblər.  Mən bu deyilənlərlə razılaşdım. Ancaq Filarmoniyanın hazırki direktoru Rəşad Yusifov Aqrar Universitetinin İqsadiyyat fakültəsini bitirib. Onun heç musiqi təhsili və istedadı yoxdur. Bu adam bu günə qədər heç bir dövlət strukturunda işləməyib. Konkret olaraq alverlə məşğul olub. Kafe və lombard işlədib.  Sabiq nazirin vaxtında filarmoniyaya direktor təyin olunub. Mən isə sırf musiqiçiyəm. Uşaq musiqi məktəbini  bitirmişəm. Qərb bölgəsində müstəqil bəstəkar, folklorşunas, aşıqşunas, publisist yazar və ictimai xadim kimi tanınmışam. Neçə-neçə bəstələdiyim mahnıları Azərbaycanın məşhur sənətçiləri və xalq artistləri ifa edib”, – Elnur Baxış  bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.