“Gəl, Yarat!” Yaradıcılıq üzrə marafonun qalibləri müəyyən olunub

Bildirdiyimiz kimi 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunub.

Dekabrın 3-də marafonun final mərhələsi baş tutub və beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib.

Sonda münsiflər heyətinin qərarı ilə  aşağıdakı istiqamətlər üzrə komandalar qalib olaraq seçilib və mükafatlandırılıb.

“GƏL, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasınının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə “Yaradıcı Həftə” çərçivəsində reallaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.