Fərid Qayıbov növbəti dəfə qalib idmançılar ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.
Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb.
Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqlər təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.