“Evdə qal evdə yarat!” təşəbbüsünə siz də qoşulun!

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyiniz vaxt ərzində yaradıcılığınızı işə salın və pozitivliyə töhfə verin! Və bu həmçinin sizə dəyərli hədiyyələr qazanmaq üçün şans yaratsın.

Şərtlər çox sadədir:

1. “Kreativ Azərbaycan” Facebook səhifəsini izlədiyinizdən əmin olun,

2. Yaratdığınız işi #evdəqalevdəyarat hashtag-i ilə öz səhifənizdə paylaşın,

3. Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini tag edin.

Əgər 30 aprelə kimi sizin işiniz ən çox bəyənilən (“like” alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.