“Ermənistan BMT, ATƏT, Avropa Şurasında qınanılmalıdır” – Britaniyalı professor

“Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.”

Bunu Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın britaniyalı professoru Taras Kuzio Trend-ə bildirib.

Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

“Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı”.- Taras Kuzio deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.