Elm və Təhsil Nazirliyindən Türkiyədə təhsil alan azərbaycanlılarla bağlı açıqlama

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində son məlumata görə ölkənin 10 vilayətində 31 643 insan həlak olub, 80 mindən çox insan isə yaralanıb.

Qeyd edək ki, yaralanan və həlak olanlar arasında azərbaycanlılar da var. Eyni zamanda, zəlzələ baş verən ərazilərdə yüzlərlə azərbaycanlı tələbələr də var. Axtarışları davam edən 4 tələbədən isə hələ ki, məlumat yoxdur.

Bəs, ümumiyyətlə zəlzələ baş verən bölgələrdə dövlət xətti ilə gedən nə qədər azərbaycanlı tələbə oxuyur? Onların aqibəti barədə məlumatlar varmı?

Məsələ ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən  Elm və Təhsil Nazirliyinə çoxlu sayda sorğu göndərilib.

Sorğuya cavab olaraq bildirilib ki, 2022/23-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 nəfər Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır. Qeyd olunub ki, həmin tələbələrin əksəriyyəti Ankara və İstanbul şəhərlərində yerləşən ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələrində təhsillərini davam etdirirlər.

“Məlumat üçün bildiririk ki, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməsi, təxliyəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN), Türkiyədəki Səfirliyində və Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən koordinasiya edilir. Bununla bağlı XİN tərəfindən ictimaiyyətə mütəmadi məlumat verilir: https://mfa.gov.az/az/news/no05923“,-deyə nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.