Elm aləmini şoka salan alim edam edilə bilər

Genetik cəhətdən modifikasiya olunan körpələrin yaradıcısı sayılan çinli alim He Tszyankuy edam cəzasına məhkum edilə bilər.

Etmtv. news modern.az-a istinadən xəbər verir ki, 2018-ci ilin noyabrında alim ictimaiyyəti və elm aləmini şoka salaraq bəyan etmişdi ki, valideynləri QİÇS virusunun daşıyıcısı olan dünyaya gələcək körpələrin bu xəstəliyə yoluxmaması üçün onların embrionlarının genomunu dəyişib. Bir neçə elmi konfransda çıxış edən He Tszyankuy sonradan yoxa çıxıb. Onun körpələrin genomunu həqiqətən də dəyişməsi isə bugünədək məlum deyil. Alimin işlədiyi universitetdə də heç kimin bundan xəbəri olmayıb.

Hazırda alim Şençjen şəhərində həbsdə saxlanılır. Onunla görüşən alimlərin sözlərinə görə, He Tszyankuya qarşı Çində edam cəzası nəzərdə tutulan korrupsiya və rüşvət maddələri ilə ittiham irəli sürülə bilər. Bundan başqa, genetik modifikasiya olunmuş embrionlarla iş prinsipi onların insan orqanizminə köçürülməsini qadağan edir.

Tszyankuy genomun sıralanması texnologiyasının satışından 50 min dollar əldə edib. Mütəxəssislər güman edirlər ki, alimin öz tədqiqatlarını və eksperimentlərini maliyyələşdirməsi ağlabatan deyil. Bundan başqa, ixtisasca fizik olan Tszyankuyun genomla işləmək üçün digər mütəxəssislərin köməyinə ehtiyacı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.