DVC nümayəndə heyəti Türk dünyasının gənclər paytaxtı İstanbul şəhərində səfərdə olub

Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı və Milli Debat Proqramının üzvləri 4-5 may
tarixlərini əhatə edən Gənc Sahibkarların II Forumu və V Gənc Liderlər Forumunda
iştirak edib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyini təşkilatın üzvləri Əli İsgəndərli, Aydan
Hüseynova, Mirzəli Mirzəliyev, Əli Məmmədov təmsil edib.

İstanbul şəhərində keçirilən tədbirə Azərbaycan Respublikasının Gənclər və İdman
naziri müavini İndira Hacıyeva, Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem
Kasapoğlu, türkdilli ölkələrin gənclər sahəsinə məsul rəhbər şəxsləri, həmçinin fəal
gənclər qoşulublar.

Daha sonra tədbir şəbəkələşmə sessiyası, panel müzakirələri və digər fəaliyyətlərlə
davam edib.

Forumun məqsədi üzv dövlətlər arasında gənclər sahəsində qarşılıqlı əməkdaşlığı
təşviq etmək, gənclərin qərarvermə proseslərində fəal iştirakına uyğun mühitin
yaradılması, üzv dövlətlərdə layihələr və təcrübələrlə bağlı biliklərin toplanmasıdır.

Üzv dövlətlər sırasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.