Daşkəsəndə məktəb direktoruna cinayət işi açıldı

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanılıb.

Daşkəsən Rayon Prokurorluğunun məlumatına görə, rayonun Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbinin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.