Bu gün Azərbaycanda “Son zəng” qeyd olunacaq

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” qeyd olunacaq.

Etmtv.news xəbər verir ki, Təhsil Nazirliyindən  Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib:

– Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

– Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

– 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Təhsil Nazirliyindən bununla bağlı şəhər və rayon Təhsil Şöbələrinə tapşırıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.