Brest qalasının azərbaycanlı qəhrəmanlarının adları oxuculardan necə gizlədildi?.. Bu riyakarlığın erməni səbəbkarı

Böyük Vətən müharibəsindən 76 il ötüb. Amma tarixin bu səhifəsi ilə bağlı yenə də filmlər çəkilir, kitablar yazılır. Məlum və naməlum qəhrəmanlar anılır. İndinin özündə də bu, insanlar üçün ən maraqlı mövzulardan biridir.

Bu mövzuya AZƏRTAC-da  29.01.2021-ci il tarixdə dərc olunmuş  tarixli ” Brest qalası uğrunda döyüşən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məsələsi müzakirə edilib” başlıqlı materialda da    toxunulmuşdur. Sevindirici haldır ki,  Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov qalanın azərbaycanlı qəhrəmanları barədə “Brest Qala-Qəhrəman” Memorial Kompleksinin rəhbərliyi qarşısında məsələ qaldırmış, muzeyin direktorundan alman faşistlərinin SSRİ-yə hücumunun 80 illiyi ilə əlaqədar tədbir keçirilənədək azərbaycanlı qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi işinin sürətləndirilməsini xahiş etmişdir.

Onu da bildirək ki, Brest qalasının müdafiəsində çox sayda azərbaycanlı iştirak etsə də,  Brest qalasında xatirə plitələrinin üzərində adı yazılmış və muzeydə şəkli qoyulmuş yeganə həmyerlimiz Haqverdiyev Xalid (əslində Xəlil-müəllif) Qəmzə oğludur. AZƏRTAC-ın xüsusi müxbiri  Emil Hüseynlinin yazdığına görə “onlarla bağlı rəsmi olaraq yalnız bir fakt məlumdur.” Əslində bu, belə deyildir. Brest qalasının onlarla məlum azərbaycanlı qəhrəmanları vardır və onlar haqqında məlumatlar hələ sovetlər dönəmində belə kitablarda öz əksini tapmışdır. Müasir dövrdə də bu qəhrəmanlar haqqında qiymətli məlumatları öz yazılarında və kitablarında bölüşən müəlliflər  vardır. Sadəcə, tarixin bu səhifəsinə maraq göstərən yazarlar azlıq təşkil etdiyindən, insanlar bu qəhrəmanlar haqqında dolğun məlumatlara malik deyillər. Ortaya çıxarılan yazılar isə, ən yüksək mövqe tutsa belə, həmin yazarların bu mövzu barədə savadsızlığı və məlumatsızlığını özündə əks etdirmişdir. Qəhrəmanın adını, üstəlik yazımızda adı çəkiləcək erməni döyüşçünün soyadını düzgün yaza bilməyən jurnalistlərimizin bu mövzu ilə bağlı məlumatsızlığı insanda ikrah doğurur.

Yazının müəllifinin qeyd etdiyi kimi, “Bununla əlaqədar 2017-ci ildən başlayaraq səfirlik muzeydə dəfələrlə görüşlər keçirib və burada döyüşən digər azərbaycanlılar barədə araşdırmalar aparıb. Muzeyin plitələrində 7 ermənin adının olması səfirlikdə sual doğurub. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Brest qalasının tarixini yazan Sergey Smironovun  (əslində Smirnov-müəllif) məsləhətçilərindən biri burada cəmi iki gün döyüşmüş Samvel Motivasyan (əslində Matevosyan-müəllif) olub. O, xatirə plitələrinin üzərinə 7 erməninin adının yazılmasında böyük rol oynayıb. Brest qalasından bir qədər aralıda guya 200 erməninin burada döyüşdüyünə dair xatirə xaçkarı qoyulub.”

Əlbəttə ki, bu araşdırmalar dəyərli tarixçilərimiz və  yazarlarımız tərəfindən aparılıb və bizlər də bu araşdırmalardan bəhrələnərək, Brest qalasının azərbaycanlı qəhrəmanları barədə yazılara imza atmışıq. Bununla belə, mənim də yaxından tanıdığım və dərin hörmət bəslədiyim Emil Hüseynli AZƏRTAC kimi nüfuzlu bir media qurumu üçün hazırladığı yazıda bu nüanslara dərindən diqqət yetirmirsə, digər müəlliflərin də hansı səhvlər buraxdığını göz önünə gətirmək çətin deyildir.

Brest qalası haqqında yazı hazırlayarkən müəlliflər bu Qəhrəman – Qala haqqında dərin məlumatlara malik olmalıdırlar. Bu, qəhrəmanlar haqqında  hansısa məsələ qaldıran insanlara da aiddir. Azərbaycanın Belarusdakı səfiri cənab  Lətif Qəndilovun azərbaycanlı qəhrəmanlar barəsində qaldırdığı məsələ onun vətənpərvər ürəyindən xəbər verir və günümüzün reallığı ilə uzlaşır.

– “Bununla əlaqədar səfirlik və səfirliyin hərbi attaşeliyi ölkəmizin arxivlərində araşdırma aparıb, nəticədə 44 azərbaycanlının bu qalada döyüşdüyü barədə məlumat əldə edib. Görüşdə mədəniyyət ocağının rəhbərliyindən onların şəklinin asılması və xatirə plitəsinin üzərinə adlarının yazılması üçün muzey tərəfindən böyük araşdırmaların aparılması istənilib.

Hələlik səfirlik tərəfindən Brest qalasında döyüşən Daniyal Abdullayev, Nəsir İsgəndərov və Ağamirzə Nəzərov barədə daha ətraflı məlumat toplanaraq muzeyə təqdim edilib. Səfirliyin ilkin məlumatına görə, 1941-ci ildə yeni çağırışçılarla birlikdə Brest qalasında 80 azərbaycanlının olduğu güman edilir.”- Emil Hüseynlinin hazırladığı yazıda bildirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cənab səfir 3 qəhrəmanımızın adının xatirə plitələrində yazılması ilə bağlı hazırlıq işlərinin müharibənin başlanmasının 80 illiyi ilə bağlı tədbir keçirilənədək başa çatdırılmasını xahiş edib və muzeyin rəhbərliyi də bu istiqamətdə işləri sürətləndirəcəklərinə söz verib.

Amma, niyə məhz 3 azərbaycanlı qəhrəmanımızın adının xatirə plitəsində yazılması nəzərdə tutulur? Bu haqda və qəhrəman qalanın azərbaycanlı qəhrəmanları barədə apardığımız araşdırmalara “öz igidlərimiz” tərəfindən hansı manelər göstərildiyi barədə növbəti yazılarımızın birində məlumat verməyə çalışacağıq.

“Brest qalası” kitabı ətrafında söz-söhbətlər bu gün də bitmir. Bu kitabda şox hadisələr təhrif olunub, qəhrəmanların adları oxuculardan gizlədilib. Onların içində azərbaycanlı qəhrəmanlar çoxluq təşkil edir. Bəs bu riyakarlığın erməni səbəbkarı Samvel Matevosyan kimdir? Onun haqqında bəzi məlumatları sizinlə bölüşək.

Bu günki söhbətimiz  həm də tarixin təhrif olunmuş və ya gizlədilmiş hadisələrindən, yazıçı məsuliyyətsizliyi, erməni riyakarlığı və hiyləsindən gedəcək.

Samvel Minasoviç Matevosyan 1912-ci il avqustun 11-də (24 avqust) Rusiya imperiyasının Qars bölgəsindəki Qarabağ kəndində anadan olub. 1918-ci ildə  Matevosyanın ailəsi Vladikavkaza köçüb. 1935-ci ildə Matevosyan Moskvadakı  Əlvan Metallar  İnstitutunu fərqlənmə diplomu ilə bitirib, dağ-mədən mühəndisliyi ixtisasını alıb. 23 fevral 1939-cu ildə Ermənistan SSR Kafan rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılıb və Brestdə yerləşən 6-cı Piyada Diviziyasının 84-cü Piyada Alayına göndərilib. Kiçik zabit Samvel Matevosyan II Dünya Müharibəsinin əvvəlində Brest qalasındakı siyasi rəhbərin müavini və bölmə komandiri idi.

22 iyun 1941-ci ildə alman qoşunları Sovet İttifaqına hücum edərkən ilk zərbəni  Brest qalası da öz üzərinə götürdü. Onun başçılığı ilə (Guya ki… Amma, əslində bu hücum  Gədəbəyin Novosaratovka kəndindən olan  starşina Boris Mixaylovski tərəfindən təşkil edilmişdi ) təşkil edilən ilk əks-hücum  nəticəsində əsgərlər  qalanın mərkəzinə keçən alman pulemyotçular dəstəsini məhv etdi. Müharibənin üçüncü günündə Matevosyan bud nahiyəsindən bir mərmi parçası ilə yaralandı və o, qalan yaralılarla birlikdə zirzəmiyə köçürüldü və 5 iyul 1941-ci ildə tutuldu .

Onu da qeyd edək ki, Samvel Matevosyanın iştirakçısı olduğu vəYefim Fominin başçılıq etdiyi müdafiə ocağı 30 iyun tarixində məhv edilmişdi və bütün sağ qalan müdafiə iştirakçıları almanlar tərəfindən  əsir götürülmüşdü. Amma burada da erməni məkri öz rolunu sonacan oynamalı olub. Y.Fominin başçılıq etdiyi dəstənin bütün üzvləri 30 iyunda əsir götürülsə də, bu erməni əsir düşdüyü tarixi 5 iyul kimi göstərib. Elə bu məlumatın özünü  onun yalanlarının ən başlanğıcı saymaq olardı. Amma yazıçı nədənsə onun bu yalanının üstündən sükutla keçməli olub. 

“Brest qalası” kitabında qeyd edildiyi kimi, Matevosyan, Brestin cənubdakı hərbi şəhərciyindəki  əsir düşərgəsinə salınıb. Payızda yaraları sağalanda  düşərgədən qaçıb və partizan dəstəsinə qoşulub. Döyüşlərdən birində ağır yaralanıb və sağalana qədər partizanlar tərəfindən bir kəndli ailəsində saxlanılıb. Bir müddət sonra, o  yerli polislər tərəfindən aşkar edildikdə, Ukraynanın  Volın bölgəsindəki Lutsk şəhərinə qaçmaq və ayaqqabı artelində iş almaq məcburiyyətində qaldı. Yerli kommunistlər ilə əlaqə qurmağı bacardı (Sonralar bu tarixdə baş verənlər şübhə altına alınacaq və S. Matevosyan partiya sıralarından xaric ediləcək, orden və medalları da əlindən alınacaqdır).

1944-cü ilin fevralında Lutsk azad ediləndən sonra Matevosyan yenidən ordu sıralarına çağırılıb və zabit kurslarına göndərilib, sonra leytnant olaraq rota komandiri təyin edilib. Berlinin alınmasında iştirak edib. Döyüşlərdə iştirak etdiyi müddətdə daha üç dəfə yaralanıb. Müharibə qurtardıqdan  sonra Matevosyan bir müddət əsirlikdə və işğal altındakı ərazidə qaldığına görə iş tapa bilmədi. Əlil olmasına baxmayaraq, geoloji kəşfiyyat ekspedisiyasına qəbul olmağa müvəffəq oldu və müharibədən əvvəlki peşəsinə qayıtdı. 1954-cü ildə ona Zod qızıl mədənlərinin bağlanması və qorunması tapşırığı verildi, lakin Matevosyanın səyləri sayəsində onlar perspektivli sayıldı və o həmin mədənin trest rəhbəri təyin edildi .

1954-cü ildə yazıçı Sergey Smirnov Brest qalasının müdafiəsi tarixini araşdırmağa başlayanda, qala müdafiəçilərindən tapdığı ilk şəxslərdən biri  Samvel Matevosyan oldu. (Bununla da S,Smirnovun kitabda bəzi gop və yalanlarla dolu erməni sevgisinin başlanğıcına start verildi) Elə həmin ilin avqustunda qala müdafiəsi iştirakçılarının ilk iclası keçirildi. 1955-ci ildə Smirnovun xahişi ilə Matevosyan partiya stajı saxlanılmaqla  Kommunist Partiyası sıralarına bərpa edildi. Matevosyana Sovet İttifaqı Qəhrəmanı adının verilməsi üçün təqdimat yazıldı, lakin əsirlikdə və işğal olunmuş ərazidə olduğu üçün bu təqdimat rədd edildi .

70-ci illərin əvvəllərində Samvel Matevosyan Ermənistan SSR Nazirlər Sovetinin Əlvan metallurgiya istehsalı geoloji kəşfiyyat şöbəsinin müdiri idi. 1971-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə “Əlvan metallurgiyanın inkişafındakı böyük nailiyyətlərə görə”  Samvel Matevosyan Lenin ordeni və “Oraq və Çəkic” qızıl medalı ilə təltif olunaraq, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.

Lakin ortaya bəzi nüanslar çıxır, bu erməni  haqqında bir-birini təkzib edən şaiyələr bitib-tükənmək bilmirdi. Bu, o dövrlərdəki nəşrlərdə də öz əksini tapırdı. 1971-ci ildə Böyük Sovet Ensiklopediyasının yeni nəşrinin ikinci cildi çap edildikdə, Brest qalasındakı məqalədə deyilirdi:

 Sovet  xalqı Brest qalasının cəsur müdafiəçilərinin xatirəsini ehtiramla yad edir: Kapitan V.V. Şablovski, baş siyasi rəhbər N.V. Nesterçuk, leytenantlar – I.F. Akimoçkin, A.M. Kijevatov, A.F. Naqanov,  kiçik siyasi rəhbər A.P. Kalandadze, müavini siyasi rəhbər S.M. Matevosyan …

Beləliklə, ensiklopediyada Matevosyan ölü adlandıldı ki, bu da onun əsl Matevosyanıdlərini nimsədiyi barədə şayiərin ortaya çıxmasına imkan verdi. Anonim bir məktub Sov.İKP Mərkəzi Komitəsinə gəldikdə, Partiya Nəzarət Komissiyası, işi dinləmək üçün Ermənistana gedən komissiya üzvləri, Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Demirçyan və komissiyanın sədri Arvid Pelşe tərəfindən şəxsən nəzarət edilən bir şəxsi iş açıldı. Bütün hallar müəyyənləşdikdən sonra məhkəmə bağlandı. Lakin araşdırma zamanı şəxsi bağ evinin tikintisi zamanı Matevosyanın tikinti materiallarını (çox ucuz qiymətə sənədləşdirildiyi üçün)topdansatış qiymətlərlə guya ki, 641 rubl 19 qəpiyə aldığı məlum oldu. Buna görə Matevosyan vəzifəsindən azad edildi və 6 ay sınaq müddəti ilə azadlıqdan məhrum edildi. Matevosyanın bağ evi  müsadirə edildi. 1974-cü ildə Matevosyan Sov.İKP sıralarından xaric edildi və növbəti il ​​Sosialist Əməyi Qəhrəmanı adından məhrum edildi. Gör nə həyasız və əclaf imiş ki, hətta dostları və tanışları da ondan üz döndərdilər.

Bu hadisələrdən sonra yazıçı Sergey Smirnovdan bir neçə slin, mləMatevosyana aid slin çıxarılmasını istədikdə, o, bunu etməkdəimtina etdi, ticədə “Brest qalası” kitabıtirajı (xminən 130 min sxə) hv edildi (Gör onun erməni sevgisi necə güclü imiş).

1987-ci ildə Matevosyana qarşı qaldırılmış cinayət işi, cinayət tərkibinin olmaması səbəbindən rədd edildi. 1990-cı ildə Kommunist Partiyasına bərpa edildi. SSRİ dağılandan sonra Matevosyan Rusiyaya daimi köçdü. 1996-cı ildə Rusiya Prezidentinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adı Matevosyan geri qaytarıldı.

15 yanvar 2003-cü ildə gəbərən Matevosyan Moskvada erməni qəbiristanlığında torpağa quylanıb.

“Brest qalası” kitabında bir çox hadisələr onun dilindən yazılıb, bir çox qəhrəmanlıq isə yalnız onun adı ilə bağlanılıb.”Brest qalası” filmində də bəzi hadisələr məhz bu erməninin “xatirə”ləri əsasında yazılmışların əsasında lentə alınıb. Bununla da neçə-neçə məlum və naməlum qəhrəmanları kölgədə qoyub. Hərçənd, bu kitabı hələ uşaq yaşlarımdan əzbər bilən, bütün qəhrəmanları adı və rütbəsi ilə tanıyan insan kimi bildirirəm ki, şəxsən bu kitabda onun adı ilə təsvir edilən qəhrəmanlıqla onun heç bir əlaqəsi olmayıb. Sadəcə, o da bu hadisələrin içində olub. Müdafiənin 2-ci günü yaralanan bu erməni kazarmaların birinin zirzəmisində yaralıların arasında olub, bəlkə də orada gizlənib. Bir neçə gündən sonra, 30 iyunda müdafiə ocağı söndürüldükdən sonra o da digər yaralılar kimi əsir götürülüb. Amma, nədənsə,   onun həyat tarixçəsində əsir düşdüyü gün 5 iyul kimi göstərilir. Baxmayaraq ki, Y. Fominin dəstəsinin böyük hissəsini azərbaycanlılar təşkil edirdi, bəs bu adam hansı qəhrəmanlığı edib və niyə bu döyüşlərdə bir azərbaycanlının və onların göstərdikləri qəhrəmanlıqların adı çəkilmir.  Aydındır ki, o hadisələrin gedişini öz adına çıxıb. Şahidləri, üstəlik azərbaycan əsilli əsgərləri  bu kitab üçün yaraşdırmayıb və gələcək üçün özünü sığortalayıb. Bununla belə, 1974-cü ildə fırıldaqlarının üstü açıldı və layiqli cəzasını aldı.

Amma bu, rəşadətli, qəhrəman azərbaycanlı əsgərlərin  adına da heç bir yenilik də gətirmədi. Sovetlər dönəmində onlardan yalnız biri – Xəlil Haqverdiyev tanınırdı. İndi bir çox azərbaycanlı tədqiqatçılar Brest qalası divarları önündə həyatını qurban vermiş azərbaycanlı oğulların adlarını tarix üçün açıqlamaqdadırlar. S. Smirnov öz kitabında qalada vuruşan çoxlu sayda azərbaycanlının olduğunu, lakin adlarını bilmədiyini və bundan təəssüfləndiyini yazır. “Hünər” kitabının müəllifi, qala müdafiəçilərinin uzun illər ərzində axtarışına çıxan hörmətli yazıçı-jurnalist Məmməd Kazım isə “əlindən gələni etsə də” bu işi gələcək yazarların üzərinə buraxdığını bildirmişdi. Məhz onun sayəsində azərbaycanlı oxucular qala qəhrəmanı olan həmyerlilərimizin adları ilə tanış ola bilmişdilər. İndi onlarla yazıçı onun bu işini davam etdirməkdədirlər.

S.S.Smirnovun erməni sevgisi bu qəhrəmanların adlarının tanınmamasına səbəb oldu. Yazdığı kitabda qələmə alınan hadisələrin bir çoxu azərbaycanlıların adı ilə bağlı olsa da o, bunu oxuculardan gizlədib.

Belə faktlar onlarcadır. Onlardan ikisiini diqqətinizə çatdıraq- Xəlil Məmmədov Gədəbəy rayonunun Çay Rəsullu kəndindəndir. Y.Fominin Xolm darvazası yaxınlığında təşkil etdiyi dəstədə vuruşub. 30 iyunda əsir götürülərkən Y. Fomini satmış əsgəri öz əlləri ilə boğub öldürüb. Bu hadisənin  kitabda da, filmdə də öz əksini tapmasına baxmayaraq, bu əsgərin kimliyi qəsdən gizlədilib.

Digər azərbaycanlı əsgər Gədəbəyin Böyük Qaramurad kəndindən olan Musa Əliyev Brest qalasında mühasirədən çıxdıqdan sonra Çernyak adına partisan dəstəsinin yaradıcısı, rota komandiri olub. Rəsmi mənbələrə görə onun başçılıq etdiyi rota düşmənin 2000-dən çox canlı qüvvəsini, çoxlu sayda hərbi sursat və texnikasını məhv edib. Kitabda Çernyak və adına olan partizan dəstəsindən  geniş söhbət açılsa da, nədənsə M. Çernyak ilə kəndbəkənd gəzərək bu dəstəni yaradan Musa Əliyevin adı kitabda heç bir yerdə çəkilmir. Bunun əvəzində yazıçı “qəhrəman erməni” obrazının yaradılmasına diqqət çəkir…

Digər azərbaycanlı qəhrəmanlar haqqında növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

One Comment on “Brest qalasının azərbaycanlı qəhrəmanlarının adları oxuculardan necə gizlədildi?.. Bu riyakarlığın erməni səbəbkarı”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.