“Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”

… Bir neçə gün əvvəlin söhbətidir, Göyçay sakini Seymur Azadov adlı vətəndaş sosial mediada mülkiyyət hüququ ilə bağlı probleminin həllinə göstərdiyi xüsusi diqqət və qayğıya, operativ münasibətə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirirdi. Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamların dərhal və yerindəcə hərtərəfli araşdırılmasından, ədalətli qərarın qəbul edilməsindən və tez bir müddətdə mülkiyyətə dair çıxarışın verilməsindən hədsiz sevincini bölüşən Seymur dövlətə, dövlətin rəhbərliyinə olan dərin inamının artdığını da gizlətmirdi.
… Bu, minlərlə epizodlardan birinin mənzərəsidir. Mehriban Əliyevaya ünvanlanan müraciətlərin, minnətdarlıq dolu məktublardan biridir. Azərbaycanın hər bölgəsindən, hər ucqar kəndindən Ona ümid bə inam ünvanı kimi yönələn baxışlardan sezilən sevinc hisslərinin nümunəsidir.
… Azərbaycanın bütün bölgələrindən hər gün ona yüzlərlə vətəndaş müraciət edir. Ona hamı yazır, kiçikdən böyüyə, sosial statusundan və peçəsindən asılı olmayaraq, hər bir vətəndaş ona inam yeri kimi baxır. O, bütün insanların sosial istinadgahıdır.
… Mehriban xanımın insanlara olan dərin ehtiramının nümunələrindən biri Onun müxtəlif tədbirlər, səfərlər zamanı vətəndaşlarla səmimi görüşlər keçirməsi, onlarla söhbət etməsi, qayğıları ilə tanış olmasıdır. Onun səfər proqramında ən zəngin detallardan biri məhz vətəndaşların evlərinə gedərək onlarla şirin və yaddaqalan söhbət etməsidir. Onu hər bölgədə, şəhər və rayonda böyük coşğu, sevinc hissi və məhəbbətlə qarşılayırlar. Bunun səbəbi insanlara olan sonsuz sevgisidir, sadəliyidir, səmimiyyətdir, insanpərvərliyidir.
Olduqca rəğbət doğuran və vətəndaşların sevincinə səbəb olan bu cür görüşlərdə rəsmiyyətçilik aradan qalxdığından ünsiyyətdəki səmimiyyət daha da artır, yaxınlıq hissləri güclənir. Belə situasiyalarda insanlar özlərinin ən yaxını, ən doğması hesab etdiyi Mehriban xanıma qayğılarından söz açır, onları narahat edən bütün məsələləri dilə gətirirlər. Səmimi və mehriban aurada keçən bu görüşlərdə Birinci xanım hər bir məsələyə həssaslıqla yanaşır və həlli vacib olan məsələləri şəxsən nəzarətə götürür.
… O, söz ilə əməlin bütövlüyünü – vəhdətini yarada bilib. İmkansızlara və ehtiyacı olanlara hər zaman yardım əlinin uzadan, xüsusilə də, müqəddəs bayramlarda aztəminatlı ailələrin yanında olan və onları bayram payı ilə sevindirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu nümunəvi davranışı cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilibdir.
… Yüzminlərlə insan hansısa problemlə üzləşəndə, hətta əlləri hər yerdən üzüləndə belə, sonuncu ümid yeri kimi Ona inanırlar. İnsanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər.
… Onun xeyirxahlğının, mərhəmətinin hüdudları o qədər insanlıq borcu o qədər genişdir ki, siyasi baxışlarından və ictimai mövqeyindən asılı olmayraraq çətinliyə düşən insanlara da təmənnasız əl uzadır, qayğı göstərir. Bir neçə ay əvvəl qəza nəticəsində ağır xəsarət alan hüquqşünas Oqtay Gülalıyevlə vəziyyət unudulmayıb. Müxalifət onun həyatından şou düzəltməyə, çirkin kampaniya yaratmağa çalışsa da, bumeranq kimi özünə qayıtdı. Gülalıyevin təxirəsalınmaz müalicəsini üzərinə götürən Heydər Əliyev Fondu yalnız bir ali meyar- insanpərvərlik nümunəsi nümayiş etdirərək onun həyatını xilas etdi. Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılması, 4 aya yaxın müddət ərzində Türkiyədə müalicəsini və digər xərcləri üzərinə götürməsi humanizmin ifadəsi kimi təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə alqışlanmaqdadır.
… Mehriban xanım bu nümunəvi davranışı ilə bir daha təsdiq etdi ki, Heydər Əliyev Fondu yardım etməyi, xüsusən ağır vəziyyətdə olan insanlara dəstək olmağı öz vətəndaş borcu kimi qəbul edib. Hansısa xəstənin ağır durumunda bəzi şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsi yolverilmzədir. Bu hadisədən siyasi dividentlər əldə etmək, təbliğat mənbəyinə çevirmək xəstəyə, onun ailəsinə qarşı hörmətsizlik, mənəviyyatsızlıqdır. Ölkədə hər bir şəxsə eyni münasibət göstərən və zəruri köməklik göstərməyi özünün əsas məqsədi hesab edən Fond ötən müddət ərzində təkcə səhiyyə sahəsində 10 minlərlə insanın müraciətinə baxıb, müvafiq köməklik göstərib.
… Mehriban xanım mədəniyyət və incəsənət sahələrinə də diqqət və qayğı göstərməkdədir. Onun mədəniyyət və sənət adamları ilə görüşləri, mədəniyyət xadimlərinə dəstəyi davamlı xarakter almaqdadır. Milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olması Onun mədəniyyətimizin hamisi kimi mədəniyyət xadimlərinə, zəngin mədəni xəzinəmizə olan ehtitamının nümunəsidir.
… Mehriban xanım Əliyevanın adı ictimai yaddaşda xeyriyyəçi, humanist, xalqına və dövlətinə dərindən bağlı olan, ictimai faydalı və milli maraqlara əsaslanan fəaliyyəti ilə fərqlənən şəxsiyyət kimi assosiasiya olunur. Azərbaycanın Birinci vitse-prezidentinin bu humanizmi və qayğıkeşliyi, xalqla ünsiyyəti dövlət başçısı İlham Əliyevin apardığı siyasətə böyük töhfə verməklə yanaşı, milyonlarla insanın dövlətə olan inam və etimadını möhkəmləndirir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü. 

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.