Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə Volqoqrad Dövlət Aqrar Universiteti arasında müqavilə imzalanıb

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə Volqoqrad Dövlət Aqrar Universiteti arasında onlayn görüş keçirilib. Onlayn görüşdə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov, Volqoqrad Dövlət Aqrar Universitetinin rektoru Tseplyayev Vitaliy və elm müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
Söhbət zamanı İbrahim Cəfərov ölkələrimiz arasında olan dostluq münasibətlərinə toxunub, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Direktor müqavilənin əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında qurmaq, inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, o cümlədən birgə layihələrdə iştirak etməklə kənd təsərrüafatının inkişafına dəstək verməkdir.
Volqoqrad Dövlət Aqrar Universitetinin rektoru Tseplyayev Vitaliy qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini vurğulayıb.
Görüşdə elm sahələrində ortaq layihələr həyata keçirmək, elmi toplantılar, konfranslar təşkil etmək, birgə elmi-tədqiqatlar aparmaq, kadr hazırlığı məsələləri müzakirə edilib.
Kadr hazırlığı, elmi tədqiqat sahələrində birgə araşdırmalar, ortaq layihələr həyata keçirmək əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Sonda tərəflər arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.
Qeyd edək ki, memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədini daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.