Baş İdarənin əməkdaşları daimi dövlət qulluğuna qəbul edilmələri ilə əlaqədar And içiblər

Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Quliyev Maarif Arif oğlunun və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Kadrlar üzrə məsləhətçisi Abbasova Günel Arif qızının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı andiçmə mərasimi keçirilib.
Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu siyasət dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradıb. Bu gün respublikamızda müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Dövlət orqanında yeni vəzifələrə təyin olunmuş əməkdaşlar “Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə, var gücü ilə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə” and içiblər.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.