Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi açılıb

Noyabrın 28-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (“MY EXPO 2023”) açılıb.

“MY EXPO 2023” sərgisində mədəniyyət naziri Adil Kərimli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa, dövlət rəsmiləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilat nümayəndələri, yaradıcı şəxslər və şirkətlərin təmsilçiləri iştirak ediblər.

Forum müddətində nümayiş olunacaq sərgi Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil olunub.

Xatırladaq ki, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.