Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Görkəmli qazax şairi, türk dünyasının mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə Bakı Dövlət Universitetində (BDU) “Abay İli”nin açılışına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, BDU-nun rektoru Elçin Babayev, Xalq yazıçısı Anar Rzayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Qazaxıstan və Qırğız respublikalarının Təhsil nazirinin müavinləri, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz və Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələri iştirak edib.

Tədbirdə qonaqlar “Abay Mərkəzi”ni ziyarət edib, Mərkəzdə “Abay İli”nin açılışını bildirən lent kəsilib, Beynəlxalq Türk Akademiyası tərəfindən Mərkəzə 50 kitab hədiyyə olunub.

Tədbir “Abay İli”nə həsr olunmuş mədəni proqram ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.