“Bəzi fənlər onlayn formada tədris olunmalıdır” – Təhsil eksperti

“Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə günün istənilən saatında tıxaclar var. Tıxaclar səhər və axşam saatlarında dözülməz həddə çatır. Birmənalı şəkildə ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər bu tıxacda böyük pay sahibidir. Tıxaclar həm avtomobillərə texniki həm maddi baxımdan həm insanlara əsəb və psixoloji baxımdan, həm də işçi qüvvəsinin ciddi vaxt itkisi baxımdan böyük təsiri var”.

Bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov məktəblərin açılması ilə şəhərdə tıxacların artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, problem ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həllini tapmayacaq. Çünki bu uzun və bahalı bir prosesdir:

“Düşünürəm ki, biz ilk növbədə mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerlərini azaltmalı, bölgə universitetlərində plan yerlərini artırmaq hesabına Bakıya gələcək insanların sayını süni şəkildə azalda bilərik.

Bundan başqa insan hərəkətinin sayını azaltmaq üçün pandemiya dövründə olduğu kimi ali və orta orta təhsili müəssisələrində, orta məktəblərdə bəzi fənlər online-distant formada tədris olunmalıdır.

Misal üçün həftədə bir neçə gün dərslər online-distant formada tədris olunmalıdır ki, bu da aktiv hərəkətin sayını azaldacaq”.

HƏMİDƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.