Azərbaycanlı tədqiqatçı beynəlxalq alim mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq eroziyası laboratoriyasının rəhbəri Zakir Əliyev Hindistanda “VDGOOD” Peşəkar Assosiasiyası tərəfindən nüfuzlu “Mühəndislik, Elm və Tibb üzrə Beynəlxalq Alim Mükafatları” nominasiyası üzrə beynəlxalq alim mükafatına və sertifikata layiq görülüb.

Zakir Əliyevin beynəlxalq ekspert  rəyi almış çoxsaylı elmi məqalələri, 20-yə yaxın ixtira və patenti, 10 monoqrafiya və dərslikləri yüksək qiymətləndirilib. Bu mükafat isə milyonlarla oxucu auditoriyasına malik nüfuzlu beynəlxalq jurnalların təqdimatı əsasında qəbul edilmiş qərarın nəticəsidir.

“VDGOOD” Assosiasiyası dünyanın müxtəlif ölkələrində sənaye, mühəndislik, elm və digər sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıları öz biliklərini bölüşmək üçün bir araya gətirən unikal beynəlxalq platformadır. Beynəlxalq alim mükafatı elmi nailiyyətləri təşviq etmək və əməkdaşlıqları genişləndirmək məqsədi ilə təsis olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.