Azərbaycanda yeni radio fəaliyyətə başlayır

Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış yeni radio fəaliyyətə başlayır.

Etmtv.news xəbər verir ki, bu barədə Audiovizual Şurası məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı – “Sağlam Media” MMC (radio redaksiyanın adı “Sağlam Radio”) qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.