“AzəriMed” QSC-nin nümayəndələri tələbələrlə görüşüb

“AzəriMed” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.

Görüşün məqsədi “əczaçılıq” ixtisasının tələbələri ilə “Əczaçı bizim üçün kimdir?” və “Zamanın səmərəli istifadəsi” mövzularında maarifləndirici təlimlərin keçirilməsi olub.

Həmçinin, təlimdə tələbələrə təcrübə proqramlarında iştirak və işlə təmin olunma mövzusunda da məlumatlar verilib.

Sonda təlimdə fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

"AzəriMed" QSC-nin nümayəndələri tələbələrlə görüşüb"AzəriMed" QSC-nin nümayəndələri tələbələrlə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.