Azərbaycanlı qazi Rəcəb Tayyib Ərdoğana qılınc hədiyyə edib

Azərbaycanlı qazi Rəcəb Tayyib Ərdoğana qılınc hədiyyə edib. 

Etmtv.news xəbər verir ki, Gəncədə dəmirçi işləyən qazi Vidadi Verdiyev Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xüsusi qılınc hazırlayıb.

Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin üzvü olan sənətkarın “Zəfər” adını verdiyi əl işi 8 aya ərsəyə gəlib.

Qarabağ motivlərinin əks olunduğu qılınc qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin sədri Halit Kanak tərəfindən təqdim olunub.

One Comment on “Azərbaycanlı qazi Rəcəb Tayyib Ərdoğana qılınc hədiyyə edib”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.