Azərbaycanda yeni təhsil standartları hazırlanacaq

“Azərbaycanda 2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək”.

Etmtv.news  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir.

“Yeni standartlarda 3D Robotexnika Texnologiya fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq”, – deyə Əmrullayev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.