Azərbaycan idmanı da ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir-Asif Həsənov

2024-cü il fevralın 7-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Həmin gün Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Ötən dövrlərdə Cənab prezident İlham Əliyevin rəhbərlıiyi altında Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.

Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ali Baş Komandan xalqdan aldığı tükənməz gücü isə öz işgüzar, tarixi və geniş fəaliyyəti ilə xalqa qaytarır.

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin etdi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq, Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaqdır. Əminliklə demək olar ki, Azərbaycan idmanı da ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, bütün sahələrdə yeni-yeni naliyyətlər qazanılacaqdır.

Böyüməkdə olan nəsli pis vərdişlərdən çəkindirmək, idman vasitəsilə onları layiqli vətəndaşlara çevirmək hakimiyyətdə olduğu bütün illərdə Ümummilli Liderimiz Heydər Əliyevin idman siyasətinin əsasını təşkil edib. Bu uğurlu yol hal-hazırda da milli idmanımızın hamisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Dövlət Başçısının  diqqət və qayğısı, bilavasitə nəzarəti altında ölkənin ən ucqar bölgələrində belə yeni idman kompleksləri inşa olunur. Bu da perspektivli gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır və bununla yanaşı bir çox qitə və dünya çempionatlarının, beynəlxalq turnirlərin Respublikada keçirilməsinə əlverişli şərait yaradır.

Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi  sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu nailiyyəti güclü liderin – Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir.

Respublikamızın Prezidenti Cənab İlham Əliyevin gənclərin məşğul olduğu pesə sahələrinə, xüsüsi ilə idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkə idmançılarımız Beynəlxalq yarışlarda yuksək nətiçələr əldə ediblər, dövlət bayrağını yuxarılara qaldıraraq dünyanın müxtəlif ölkələrində Azərbaycanımızı layiqincə təmsil edirlər.

Ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi bir məkandır. İdmanın müxtəlif növlərinin inkişafına dair Respublika Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramları icraçılardan idmanın müvafiq növünə kompleks yanaşmanı tələb edir. Nəticə etibarilə hal-hazırda idmanın bütün növləri ölkəmizdə özünün yüksək inkişaf mərhələcini yaşayır. Respublikaya axan qızıl, gümüş və bürünc medalların, idman titullarının sayı gündən-günə artmaqda davam edir. Vətənə medallarla dönən həmvətənlərimiz sırasında Gəncə idmançılarının da adı vardır.  Heç şübhəsiz ki, belə idmanşıların yetişməsində şəhərimizdə idmana göstərilən diqqət və qayğı, idmanla müntəzəm məşğul olmaq üçün yaradılan şərait mühüm rol oynayır. Minnətdarlıq hissi ilə bildiririk ki, dövlətimizin rəhbərliyi tərəfindən idmançılarla keçirilən görüşlər, ümumrespublika miqyaslı tədbirlərdə onların mükafatlatlandırılası, sosial məsələlər istiqamətində görülmüş işlər yeniyetmələrin idmana kütləvi formada cəlb olunmasına stimul verir.

Hər ildə olduğu kimi, 2023-cü il də başçılıq etdiyim Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi üçün idman sahəsində uğurlu olmuşdur. Məktəbimizin idmançıları bir çox mötəbər yarışlarda uğurlu nəticələr əldə etmişlər. Bunlar da, idmançılarımız üçün yaradılan şəraitin bariz nümünəsidir.

Məktəbimizin idmançıları idmana göstərilən yuksək diqqət və qayğıya görə Respublika  Prezidentinə və şəhər rəhbərliyinə öz minnatdarlıqlarını bildirir və bundan sonra da respublikamızın idman şərəfini layiqinçə təmsil edəcəklərini bildirirlər.

Asif Həsənov, Gəncə şəhər 2 nömrəli Uşaq – Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar Məşqçi,  Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Şahmat üzrə Beynəlxalq Usta, Əməkdar bədən tərbiyəsi və idman xadimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.