Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bir pəncərə” xidməti fəaliyyət göstərir

Xidmətin əsas məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək tələb olunan təhsil sənədlərinin ən qısa müddətdə əldə edə bilməsidir. “Bir pəncərə” sistemi vasitəsilə tələbə öz şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir. Hazırlanmış sənəd QR kodla təsdiq olunur və PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.

2022/2023-cü tədris ilindən arayışlar ingilis dilində də verilir.

Qeyd edək ki, “Bir pəncərə” xidməti 2019-cu ildən istifadəyə verilib. Ötən il xidmət tərəfindən 17 min müraciət cavablandırılıb. Müraciətlərin sayı 2019-cu illə müqayisədə 4.24 dəfə artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.