Azərbaycan bu il Özbəkistanda keçiriləcək beynəlxalq kinofestivalda “Suğra və onun oğulları” filmi ilə təmsil olunacaqdır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “İpək yolunun dürdanəsi” adlı Daşkənd Beynəlxalq Kino Festivalda “Suğra və onun oğulları” filmi ilə təmsil olunacaqdır.

14-18 sentyabr tarixlərində Özbəkistanda keçiriləcək Daşkənd beynəlxalq film Festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, ötən ildən keçirilməsinə start verilən “İpək yolunun dürdanəsi” adlı beynəlxalq kino festivalı sovet dövründə keçirilən Daşkənd beynəlxalq kinofestivalının davamı hesab olunur.

15 sentyabr tarixində Beynəlxalq Kino Festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin rəsmi açılışı nəzərdə tutulub.

Açılış mərasimində nümayiş etdiriləcək “Suğra və onun oğulları” filmi  Bakı Media Mərkəzi, Buta Film, Arizona prodakşın, Salar filmin birgə istehsalıdır. Filmdə ikinci dünya müharibəsində Azərbaycanda arxa cəbhədə kənddə yaşayan insanların taleyindən gedir. Çəkilişlərin əksəriyyəti Azərbaycanın Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Daşkənd beynəlxalq kinofestivalında tanınmış azərbaycanlı kinorejissorlar Vaqif Mustafayev, Ayaz Salayev, Orman Əliyev, Oleq Səfərəliyev, Əlisəttar Quliyev, İlqar Nəcəf, Asif Rüstəmov, Fariz Əhmədov, xalq artisti Şəfiqə Məmmədova iştirak edəcəklər.

Açılış mərasimində xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, 17 sentyabrda Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.