“Aşıq Ələsgərin söz dünyası” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxananın oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Zoom proqramı vasitəsilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş  “Aşıq Ələsgərin söz dünyası” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbəti , vətənpərvərlik hissləri aşılayan dərin koloritli yaradıcılığı ilə tanış etmək məqsədi daşıyır. Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru , dosent Nailə Əskər, Türk xalq ozanı Aşıq Maksut Fəryadi, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Azərbaycan yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov, yazıçı-jurnalist, dramaturq, publisist Nüşabə Məmmədli, Sair Aləmzar Əlizadə, Aşıqlar birliyinin üzvü , Azərbaycan yazıçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, Aşıq Ulduz, Güney Azərbaycan Təbriz Aşıqlar Birliyinin sədri, Azərbaycan Yazıçılar İttifaqının üzvü , Azərbaycan Aşıqlar Birliyinin üzvü Məhəmməd İbadi, Azərbaycan Yazıçılar İttifaqının üzvü , Prezident təqaüdçüsü, Qızıl qələm mükafatçısı şairə Cığatel İsaqı, Azərbaycan şairi, aşıq ədəbiyyatı araşdırmaçısı , yazıçı Səxavət İzzəti, müğənni Şahin İsmayılov, Cənubi Azərbaycan şairi, yazıçı, aparıcı Cəlil Dərhəmcanlı (Taymaz Miyanalı), İran Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazar Xosrov Barışan, Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova, aşıq Aida Gülzar, Kamal Aydın, saz ifaçısı Elçin Xaliqoğlu, Atif Dönməz, Aşıq Rahib kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

Onlayn konftansı giriş sözü ilə kitabxananın oxu zalının əməkdaşı Tərifə Abbasova açaraq qeyd etdi ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilir. Bununla bağlı 18 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bu sərəncam milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir. Aşıq Ələsgərin xalq ruhu ilə həmahəng əsərləri Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Tədbirdə ilk cıxış sözü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov Gəncə Regional Mədəniyyət İdarəsinin Rəisi Vasif Cənnətovun adından tədbir iştirakşılarını salamladı. O, Aşıq Ələsgər yaradıcılığının zəngin bir xəzinə olmasından bəhs etmiş, sağlığında böyük nüfu qazanmış qüdrətli sənətkarın yaradıcılığının bütün Türk dünyası üçün önəmli olduğunu diqqətə çatdırmış və bu tip tədbirlərin keçirilməsinin mühümlüyünü vurğulamışdır.

Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru , dosent Nailə Əskər çıxışında qeyd etdi ki, aşıq poeziyasının ən uca zirvələrindən sayılan böyük ustadımız Aşıq Ələsgər XIX əsrin müdrik ozanı , korifey sənətkarı kimi tarixə düşmüşdür. Aşıq Ələsgərin ədəbi irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərmişdir. Aşıq şeirinin əksər janrlarında bir-birindən dəyərli əsərlər yaradan sənətkarın zəngin irsi bu gün də öz dəyərini qoruyub saxlayır. Tədbirdə aktyorlar Aşıq Ələsgərin şeirlərindən parçalar oxumuş, müğənni və aşıqlar isə aşıq Ələsgərin sozlərinə bəstələnmiş mahnılar ifa etmişlər. Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan Türkiyə və İran aşıqlarının iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir. İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar.

Tədbirin təşkilatçısı və tədbiri ərsəyə gətirən kitabxananın əməkdaşı Tərifə Abbasovaya minnərdarlıq bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.