Alimlər qlobal istiləşməni Günəş fəallığının artması ilə əlaqələndirirlər

Günəş fəallığının artmasının Yer üzündə qlobal istiləşmədə qismən rolu ola bilər.
Bunu Moskvada Kosmik Tədqiqatlar İnstitutunda “Günəş sistemində plazma fizikası” mövzusunda keçirilən konfransda Pulkovo Rəsədxanasının elmi işçisi Yuri Naqovitsın bildirib. Diqqətə çatdırıb ki, günəş enerjisi axınının çoxalması səbəbindən Yerin atmosferinin əksetdirmə xüsusiyyətləri azalır. Bu, qlobal istiləşməyə qismən təsir edə bilər.
Günəş fəallığının artması 400-600 ildir müşahidə edilir. Eyni zamanda, üç min ildir ki, ulduzların fəallığı və Günəş sistemində planetlərarası maqnit sahəsində gərginlik azalmaqdadır.
Kosmik Tədqiqatlar İnstitutunda elmi rəhbər Lev Zelenıy bildirib ki, Günəş fəallığından çox şey asılıdır – həm iqlim, həm də Yer ətrafı kosmik fəzanın mənimsənilməsi və Aya uçuşlar üçün radiasiya aktivliyi baxımından Günəşin hansı fazada olması vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.