Akademik Musiqili Teatrın solisti “TURKSOY”un tədbirində iştirak edəcək

“TURKSOY” Beynəlxalq Təşkilatının təşəbbüsü ilə fevralın 9-da Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Albay Kunanbayevin 175 illiyinə həsr olunmuş yubiley mərasimi keçiriləcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqə və festivallar laureatı Eleonora Mustafayeva da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə türkdilli dövlətlərin sənət adamlarının iştirak edəcəyi tədbirə qatılacaq.
“Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən belə bir tədbirdə ölkəmizi təmsil edəcəyimə görə özümü çox xoşbəxt sayıram. Bundan öncə də onların digər layihələrinə qatılmışam, həm dünya, həm də Azərbaycan klassiklərinin məşhur əsərlərindən olan ifalarım rəğbətlə qarşılanıb… Türk dünyasının görkəmli şairi Abay Kunanbayevin 175 illiyində ölkəmizi təmsil etmək mənimçün böyük şərəfdir”, – deyə istedadlı aktrisa ona yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən ilin yekunlarında Akademik Musiqili Teatrda “Mövsümün perspektivli aktrisası” nominasiyasında mükafata layiq görülən Eleonora Mustafayeva işlədiyi müddət ərzində bu teatrın səhnəsində Faiq Sücəddinovun “Mən dəyərəm min cavana” (Gülnaz), Süleyman Ələsgərovun “Milyonçunun dilənçi oğlu” (Gözəl qız), Mark Komolettinin “Fransızsayağı qarnir” (Jaklin), Yevgeni Şvarts və Emin Sabitoğlunun “Qırmızı papaq” (Ana), Rauf Hacıyevin “Talelər qovuşanda” (Nərgiz) və “Qafqazlı qardaşqızı” (Lalə) tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.