Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri, Kənd Təsərrüfatı Nazirliyi və İsrail Respublikasının Arava International Center for Agricultural Training (AICAT) proqramının təşkil etdiyi müsabiqələrdən uğurla keçərək, İsrail Respublikasında 11 aylıq təcrübə proqramında iştirak etmək hüququ qazanıblar.
15 ölkənin təmsil edildiyi beynəlxalq müsabiqədə ADAU tələbələri Orucov Xəyal, Paşayev Turac, Həziyev Qəzənfər və Məmmədov Vahidin 4 ay ərzində hazırladıqları “Feast to Field, Compost Making Service” adlı layihələri maksimum mükafat məbləği olan 10 min ABŞ dollarına layiq görülüb.
Qalib gənclər bunu bacaran ilk və yeganə Azərbaycan tələbələri kimi beynəlxalq müvəffəqiyyətə imza atmaqdan və ölkəmizin adını yüksək səviyyədə təmsil etməkdən böyük qürur duyduqlarını bildiriblər.