ABŞ-ın nüfuzlu nəşri qazilərimizdən yazdı

ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub.

Məqalədə  İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazinin, 24 yaşlı Arif Hacıyevin gözlərinin sağaldığı qeyd edilib:

“Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz göz əməliyyatı həyata keçirib”.

Məqalədə bildirilib ki, İkinci Qarabağ müharibəsində 1245 azərbaycanlı hərbçi yaralanıb: “Onlardan biri Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində yaralanan Arif Hacıyevdir”.

24 yaşlı Arif Hacıyev “News Blaze” nəşrinə müsahibəsində Azərbaycan dövlətininin qazilərə qayğısından danışıb. Azərbaycanlı qazi “YAŞAT” Fondunun onu ev və avtomobillə təmin etdiyini bildirib.

N.Qrincer digər azərbaycanlı qazi Vasif Dilavərzadə barədə də bəhs edib. Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı yaralanan V.Dilavərzadənin ayağının xilas edilməsi üçün 7 əməliyyat keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.