15 İyun tariximizin Şərəf və Qürur səhifəsidir! -Vaqif Abdullayev

… Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
… Müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixi məhz 1993-cü il 15 iyunundan başlayır.
…15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
… 15 iyun Azərbaycanın şərəfli tarixi ilə yanaşı, qürur səhifəsidir.
1993-cü il iyunun 15-dən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin, zəngin
təbii sərvətlərinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir.
… Qurtuluş Hərəkatının başa çatması Azərbaycanın milli inkişafının dərin əsaslarını qoydu. Həmin tarixdən etibarən Ulu öndər tərəfindən müstəqil Azərbaycanın inkişaf yolu müəyyənləşdirildi, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsasları hazırlandı, milli ruhun və ideologiyanın yüksəlişində yeni mərhələnin əsası qoyuldu.
… Müstəqil Azərbaycan Respublikası hazirda öz gələcəyinə doğru inamlı addımlayır, regionda və dünyada nüfuzunu daha da artırır.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.