13 yaşlı yeniyetmənin narkoman olması ilə bağlı iddiaya CAVAB

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib:

-Yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.