104 “Yeni Nəsil” komandası investisiya əldə etmək uğrunda mübarizə aparacaq

Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarından
“Yeni Nəsil 2.0” layihəsinin “Komandanı Yarat” mərhələsində biznes ideyası olan komandaların
formalaşması prosesi başa çatıb.
2021-ci ilin yanvar ayında start götürən layihənin ilk mərhəsində Bakı, Abşeron-Qobustan, GəncəQazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarında layihə barədə məlumatlılığın artırılması
və gənclərin cəlb edilməsi məqsədilə təqdimatlar keçirilib. Həmçinin, gənclərin böyük marağına
səbəb olan 8 fərqli ekspertin öz bilik və təcrübəsini bölüşdüyü 8 fərqli mövzuda vebinarlar təşkil
olunub.
Layihənin ikinci mərhələsi olan “Komandanı yarat” mərhələsinə keçən iştirakçılar biznes ideyalarını
və komandalarını formalaşdırmaq məqsədilə müxtəlif vebinar və onlayn sessiyalarda iştirak edərək
komandalarını formalaşdırıblar. Ümumilikdə layihə özündə 52-si İnnovasiya/startap, 11-i Qadın
sahibkarlığı, 20-si HoReCa, 14-ü Kənd təsərrüfatı və 7-si digər istiqamət olmaqla 104
komandanı birləşdirir. Komandaların ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə üzvlərlə onlayn
formada ehtiyac dəyərləndirməsi aparılıb, komandası olmayan gənclərin komandalarını
formalaşdırmaları üçün mütəmadi komanda görüşləri keçirilib. Onlayn platforma üzərindən aparılan
bu mərhələdə 2000-ə yaxın gənc ilə fasiləsiz kommunikasiya yaradılmışdır.
Hazırda 5 mərhələdən ibarət layihənin üçüncü mərhələsi olan “Sürət” mərhələsi davam edir. 3 ayı
əhatə edən bu mərhələdə 104 komanda üçün bir həftəlik düşərgə keçiriləcək, həmçinin ekspert və
mentorlarla onlayn və oflayn sessiyalar baş tutacaq. Bundan əlavə, komandalara əldə etdikləri bilik
və bacarıqları yaratdıqları məhsul və xidmətlərə tətbiq etmək imkanı veriləcəkdir.
“Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində
iştirak etməsinə imkan yaradan və biznesə öz dəstəyini verən bir illik layihədir. Layihə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” Fondu, Amerika Birləşmiş Ştatlarının
Beynəlxalq İnkişaf Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Youth Inc.”
Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir. Layihənin yekununda qalib komandalar mövcud
investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaq.
Növbəti mərhələlərdən xəbərdar olmaq üçün “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə
səhifələrini izləyin!

“Youth Inc.” Sahibkarlıq Proqramı

İctimaiyyətlə əlaqələr şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.